Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib. Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Onun barəsində toplanmış materiallar Cəlilabad rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.