Baş Dövlət Yol Polisi İdarə sərt karantin günlərində görülmüş işlərlə bağlı məlumat yayıb.
İdarədən Lent.az-a verilən xəbərə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə iyunun 14-dən, iyunun 16-ı səhər saat 6-dək nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.