Dövlət Sərhəd Xidmətinin Bakıda yerləşən "N" saylı hərbi hissəsində əsgər vəfat edib.
DSX-nin Mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, iyulun 29-da səhər saat 9:15-də Dövlət Sərhəd Xidmətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
DSX-nin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.