Şəkidə mebel sexi yandı
16 may 2020 09:33 (UTC +04:00)

Şəkidə mebel sexi yandı

Şəki şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın şəhər ərazisində ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mebel və dəmirçi sexi, anbar, aptek) sahəsi 300 m² olan mebel sexində baş verib. Sexin dam örtüyünün taxta atmaları, içərisində taxta materiallar 3 m³ və 4 ədəd dəzgah yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672
avatar

Mehman Nəbiyev

Oxşar yazılar