Gəncədə Şəki sakini, 2000-ci il təvəllüdlü Salahlı Tural Asif oğlu yaşadığı evdə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çarıxçılar küçəsində baş verib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona 1-ci, 2-ci dərəcəli bədənin texniki termiki yanığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir.