Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi
20 iyun 2020 15:20 (UTC +04:00)

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib.

ƏƏSMN-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb.

Bütün mənzillərdə müasir yaşayış şəraiti yaradılıb.

Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər. 

Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin  gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.

Eyni zamanda, şəhid ailələrinin  və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Buna misal olaraq, şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə Nazirlik tərəfindən 626 ədəd,  2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə isə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Bu il üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 300-ü verilib.

Ümumilikdə isə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev təqdim edilib. 

Çıxış edən şəhid ailəsi üzvləri, müharibə əlilləri vətəndaş rifahının təminatı istiqamətində atılan mühüm və ardıcıl addımlardan razılıqla bəhs ediblər. Onlar həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2734
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56