Seçicilərin əleyhinə reklam kağızlaı yapışdıran şəxs cəzalandırıldı
01 fevral 2020 18:34 (UTC +04:00)

Seçicilərin əleyhinə reklam kağızlaı yapışdıran şəxs cəzalandırıldı


Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onun yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqa zidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. 

Onun əməllərində inzibati xətann tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151
avatar

Oxşar yazılar