Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili "Samur" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan oturacağın və yataq yerinin altında gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon tapılıb. Həmçinin kabinənin ön panelinin alt hissəsindəki boşluqda isə gömrük nəzarətindən gizlədilən 2500 kapsul dərman preparatları aşkarlanıb.