Ruhi xəstə 3 ildir itkin düşüb - FOTO
12 may 2020 16:11 (UTC +04:00)

Ruhi xəstə 3 ildir itkin düşüb - FOTO

Xaçmaz rayonu, Mürşüdoba kənd sakini, 45 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaur Həmidovun boyu 172 sm, orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Mehman Nəbiyev

Oxşar yazılar