Biləsuvarda anbardan oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az- verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki anbarların birindən 5 nəfərə məxsus ümumilikdə 17800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.