İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən İmişli rayon sakini Sevda Quliyeva saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilmişdir ki, Sevda Quliyeva İmişli rayonunda yaşayan sakinlərə dələduzluq edərək, müxtəlif bəhanələrlə aldadıb, bununla da ayrı-ayrı vətəndaşlara 90 000 manatdan artıq məbləğdə ziyan vurub.
S. Quliyevanın analoji cinayətlər törətdiyi də istisna edilmir.
Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və İmişli Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.