Ağcabədidə bir nəfər kanalda batıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Yuxarı Qarabağ su kanalının rayonun Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 38 yaşlı Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.