Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələndi  - FOTO
23 avqust 2020 14:47 (UTC +04:00)

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələndi - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cərimələnib.

APA-nın məlumatına görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, avqustun 18-də AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Avqustun 22-də qız övladına toy mərasimi keçirən İ. Əliyev və qudası Rövşən Mustafayev məhkəmə qarşısına çıxarılıb. İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.

Bu gün Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8062
avatar

Oxşar yazılar