Quba-Xınalıq yolu uçdu - VİDEO
22 iyun 2020 10:14 (UTC +04:00)

Quba-Xınalıq yolu uçdu - VİDEO

0

İyunun 21-də axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər. 

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun APA-ya verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib. 

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2784

Oxşar yazılar