Bakının Xocəsən qəsəbəsində evdən oğurluq olub.
Lent.az-ın məlumatına görə, iyulun 23-də qəsəbədə nömrəsiz evdə yaşayan X.Əzimov polisə müraciət edərək, həmin gün evindən 699 manat pulun oğurlandığını bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlərilə oğurluu törətməkdə şübhəli bilinən elə həmin gün zərərçəkmişin evində qonaq olan İmişli rayon sakini 1982-ci il təvəllüdlü Səbuhi İsayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.