Bakıda qadın atasının silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış “Makarov” markalı tapançanı və 8 ədəd patronu könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verib.