Prezidentin köməkçisi “France24” telekanalına Ermənistanın son təcavüzündən danışdı - VİDEO
22 iyul 2020 18:34 (UTC +04:00)

Prezidentin köməkçisi “France24” telekanalına Ermənistanın son təcavüzündən danışdı - VİDEO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.

APA-nın məlumatına görə, Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirib.

Prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmanın təsadüfi sərhəd insidenti olmadığını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz siyasətinin tərkibi olduğunu bildirib.

H. Hacıyev 2018-ci il Düşənbə görüşündən etibarən Azərbaycanın danışıqlar prosesini irəli aparmaq üçün konstruktiv addımlar atmasına baxmayaraq, Ermənistanın irticaçı xarakter daşıyan hərbi doktrina qəbul etdiyini, Ermənistan müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” şüarı ilə çıxış etdiyini, N.Paşinyanın “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərini anneksiya siyasəti yürütdüyünü xatırladıb. H. Hacıyev Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyasını qəbul etdiyini vurğulayıb. O, Ermənistanın bu kimi addımlarının Tovuzda baş vermiş yeni təcavüz üçün zəmin yaratdığını deyib.

H. Hacıyev Azərbaycanın Ermənistanla sərhəd zonasında hər hansı hərbi məqsədlərini olmadığını, əksinə ölkəmizin həmin ərazidə sabitliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

O, Ermənistanın bu hücumu törətməklə aşağıdakı məqsədləri güddüyünü deyib:

- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışır;

- Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir;

- Ermənistan üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır;

- Ermənistan kənarda qaldığı Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir;

- Ermənistan eyni zamanda gərginlik yaratmaqla ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Prezidentin köməkçisi Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəfə aldığını və bir mülki şəxsin həlak olduğunu, Ermənistanın hərbi dairələrinin Azərbaycanı və ölkəmizin neft-qaz infrastrukturunu “İskander” raketləri ilə hədələdiyini diqqətə çatdırıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə toxunan H. Hacıyev danışıqların mahiyyətli olmalı olduğunu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn mandatlarını yerinə yetirməli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməli olduqlarını bildirib.

O, Ermənistanın saxtalaşdırılmış tarixin girovu olduğunu qeyd edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun hər zaman yeni gərginliyə yol aça biləcəyini vurğulayıb, qoşunların təmas xəttindəki vəziyyətin Birinci Dünya Müharibəsində Fransa və Almaniya arasında olan səngər müharibəsinə bənzədiyini deyib.

H. Hacıyev XXI əsrdə işğalın və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19