Postda saxlanılan maşından narkotik tapıldı
25 noyabr 2020 09:50 (UTC +04:00)

Postda saxlanılan maşından narkotik tapıldı

0

Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar