Postda nəzarət üçün saxlanılan maşının oğurluq olduğu bilindi
01 may 2020 12:40 (UTC +04:00)

Postda nəzarət üçün saxlanılan maşının oğurluq olduğu bilindi

Gəncədə avtomobil oğurlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 30-da saat 3 radələrində Gəncə-Yevlax yolunda karantin rejimi ilə əlaqədar qurulmuş postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilmiş və o, saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896
avatar

Mehman Nəbiyev

Oxşar yazılar