Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçularının Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub.
Cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün xidmətlərini yorulmadan davam etdirirlər.