Polisin üzərinə əşyalar atan iki qardaşdan biri sərbəst buraxıldı
09 iyun 2020 16:47 (UTC +04:00)

Polisin üzərinə əşyalar atan iki qardaşdan biri sərbəst buraxıldı


Yasamalda polis əməkdaşlarının üzərinə əşyalar atdığı üçün həbs edilən iki qardaşdan biri sərbəst buraxılıb.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Cavad Cavadov özünün "facebook" səhifəsində məlumat yayıb.

Vəkil qeyd edib ki, Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb və artıq evindədir. Xatırladaq ki, o Yasamal rayon Məhkəməsinin qərarı ilə ötən gün 15 sutka inzibati həbs cəzası alıb.

Qeyd edək ki, K.Süleymanov ötən gün Yasamalda polisin keçirdiyi əməliyyat zamanı qardaşı Elmir Süleymanovla birgə saxlanılıblar. Hər iki qardaş inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar