Piyadanı avtomobillə vurub öldürən sürücü hadisə yerindən qaçdı
01 dekabr 2020 20:00 (UTC +04:00)

Piyadanı avtomobillə vurub öldürən sürücü hadisə yerindən qaçdı

0

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan magistralının Şirvan şəhər ərazisində yolu keçən piyadanı avtomobil vuraraq öldürüb. Piyadanın ölümünə səbəb olan sürücü avtomobillə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən sürücünün və piyadanın kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.

Ölən piyadanın meyiti Şirvan morquna yerləşdirlib.

Faktla bağlı araşdıma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2003

Oxşar yazılar