Piyada qadın hadisə yerində can verdi
15 iyun 2020 14:06 (UTC +04:00)

Piyada qadın hadisə yerində can verdi


Abşeron rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 13-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Cəfərov idarə etdiyi “HOVO” markalı avtomobillə yolu keçən şəhər sakini Səbinə Məmmədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3643
avatar

Oxşar yazılar