Piyada aldığı xəsarətdən öldü
01 dekabr 2020 14:21 (UTC +04:00)

Piyada aldığı xəsarətdən öldü

0

Tovuzda piyadanın ölümünə səbəb olan yol-nəqliyyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Aşağı Öysüzlü kəndi ərazisində kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1207

Oxşar yazılar