Ötən il tanışını öldürən şəxsin işi MƏHKƏMƏDƏ
01 sentyabr 2020 16:11 (UTC +04:00)

Ötən il tanışını öldürən şəxsin işi MƏHKƏMƏDƏ

Ötən il noyabrın 10-da Masallı rayonu Ağakişibəyli kənd sakini Bəhruz Quliyevə çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə  Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Masallı Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Rafiq Gülverdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Bəhruz Quliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

# 1855
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Lənkəranda avtobus 85 yaşlı kişini vurub öldürdü

Lənkəranda avtobus 85 yaşlı kişini vurub öldürdü

30 aprel 2024 , 15:49
İtkin düşən prokurorun   meyiti tapıldı

İtkin düşən prokurorun meyiti tapıldı

30 aprel 2024 , 14:45
Baş Prokurorluqdan ƏMƏLİYYAT:  saxlanılanlar var

Baş Prokurorluqdan ƏMƏLİYYAT: saxlanılanlar var

30 aprel 2024 , 13:47
Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52