Ötən gün narkotiklərlə əlaqəli 28 fakt müəyyən edildi
01 fevral 2020 15:56 (UTC +04:00)

Ötən gün narkotiklərlə əlaqəli 28 fakt müəyyən edildi

Ötən sutka ərzində  daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş
36 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs
qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar