Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi otelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin oteli icarə əsasında işlədən V.Quliyev və orada olan 2 nəfər müştəri saxlanılıraq Beyləqan rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.