Orqanizmin vəziyyətinə nəzarət edən “AĞILLI ÜZÜK”
07 fevral 2020 19:06 (UTC +04:00)

Orqanizmin vəziyyətinə nəzarət edən “AĞILLI ÜZÜK”

 

“Ağıllı” üzüklər digər qurğularla müqayisədə yenidir və daşınan elektronikanın fitness- bilərziklər qədər geniş yayılmış növü deyil.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, belə üzüklərin köməyi ilə texnikanı idarə etmək, şifrləri yadda saxlamaq, smartfonları blokdan çıxarmaq, təmassız ödənişlər etmək və bir çox başqa əməliyyatlar yerinə yetirmək olar.

Yeni "ağıllı" - “Circular” üzüyü, ilk növbədə, fitness-bilərziyin funksiyalarını icra edir. Gün ərzində orqanizmin vəziyyəti haqqında informasiyanı toplayaraq təhlil edir və əhvalın yaxşılaşması üçün tövsiyə verir. Məsələn, cihaz yuxunun istifadəçinin həyat fəaliyyətinə təsirini öyrənməyə imkan verir.

Monitorinqin məlumatları smartfona quraşdırılmış xüsusi tətbiq vasitəsilə göstərilir. Cihazın tənzimlənməsi çox asandır: bütün proqram təminatı yeniləmələri ona simsiz şəbəkə vasitəsilə ötürülür.

“Circular” iki sensordan istifadə etməklə (infraqırmızı ürək ritmi sensoru və akselerometr) orqanizmin vəziyyəti haqqında informasiyanı toplayır. Üzük məlumatları emal edərək, analiz üçün mobil proqrama göndərən daxili prosessorla təchiz olunub. Proqram öz növbəsində, istifadəçinin vərdişlərini daha yaxşı anlamaq və fərdiləşdirilmiş tövsiyələr təklif etmək üçün kompüter təlimindən istifadə edir.

Üzüyün gözəl korpusu cızılmayan, möhkəm və suyadavamlı materialdan hazırlanıb. O, xüsusi qurğunun köməyilə 1 saat enerji ilə doldurulduqdan sonra 2 gün işləyə bilir.

Qurğunu “Kickstarter” platformasında 179 avroya sifariş etmək olar. Onun 2020-ci ilin avqust ayında satışa çıxarılması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1269
avatar

Oxşar yazılar