Oğurluğa gedənlər evi atəşə tutdular
05 may 2020 11:52 (UTC +04:00)

Oğurluğa gedənlər evi atəşə tutdular

Aprelin 19-da Cəlilabad rayonu, Günəşli kənd sakini X.Kərimova rayon Polis Şöbəsinə müraciət edərək bir gün əvvəl saat 22 radələrində yaşadığı evə girən naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev saxlanılıblar.

K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Onların  rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurladıqları, 1 evdən isə oğurluğa cəhd göstərdikləri də müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Mehman Nəbiyev

Oxşar yazılar