Oğul anasını öldürməyə cəhd etdi
20 avqust 2020 09:59 (UTC +04:00)

Oğul anasını öldürməyə cəhd etdi

Avqustun 19-da saat 19 radələrində Saatlı rayon sakini, 52 yaşlı Afət Mehdiyevanın yaşadığı evdə bıçaqlanaraq xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 27 yaşlı Raqif Mehdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirməklə Afət Mehdiyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Raqif Mehdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1738
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40