Ağcabədi sakinindən silah-sursat və narkotik götürülüb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Şirinov saxlanılıb. H. Şirinovun yaşadığı ünvana baxış keçirilən zaman oradan müxtəlif adda odlu və soyuq silahlar, müxtəlif növ patronlar - xüsusi ilə istifadəyə yararlı 112 ədəd müxtəlif kalibrli avtomat patronları, eləcə də 300 qram qurdulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.