Mənzildən 3 min manatlıq oğurluq edildi
19 may 2020 09:55 (UTC +04:00)

Mənzildən 3 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayon Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində baş verib. Belə ki, naməlum şəxslər İ. Babayevə məxsus mənzilə daxil olaraq 1600 manat dəyərində televizor, məişət əşyaları və 3 qol saatı oğurlayıblar. Zərərçəkənə ümumilikdə 3 min manata yaxın ziyan dəyib.

Sabunçu 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1486
avatar

Mehman Nəbiyev

Oxşar yazılar