Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimində görülən işlərlə bağlı məlumat yayıb.
İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 866 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, cərimə olunublar.
Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1082 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.