Maska taxmayan 8 nəfər cərimələndi
01 dekabr 2020 16:03 (UTC +04:00)

Maska taxmayan 8 nəfər cərimələndi

Qazaxda maska taxmayanlar məsuliyyətə cəlb olunub.

Qazax rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadənin məcburi olduğu halda, noyabrın 28-i və 30-da Qazax rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş materiallardan ümumilikdə 9 nəfər şəxs tərəfindən bu tələbin pozulduğu müəyyən edilib.

Qazax rayon prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasına dair müvafiq qərarlar qəbul edilməklə, toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Mehman Nəbiyev

Oxşar yazılar