Maşınında silah gəzdirən tutuldu
05 may 2020 12:08 (UTC +04:00)

Maşınında silah gəzdirən tutuldu

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinə Rəşad adlı şəxsin üzərində qanunsuz silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, 6 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, 1 ədəd “İJ-53” markalı pnevmatik tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, 1 ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı Rəşad Qasımov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Mehman Nəbiyev

Oxşar yazılar