Maşından külli miqdarda narkotik tapıldı
03 iyul 2020 11:59 (UTC +04:00)

Maşından külli miqdarda narkotik tapıldı

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Qarazəncir kəndi ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və  985 qram metamfetamin aşkar edilərək götürülüb.

# 1600
avatar

Mehman Nəbiyev

Oxşar yazılar