Bakıda avtomobil təmir sexindən pul oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 1600 manat pul oğurlanıb.
Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.