Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qocayev Oktay Mirzəcan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.