Lotu Qulinin bu şəhərdəki adamını tutdular
18 may 2020 13:07 (UTC +04:00)

Lotu Qulinin bu şəhərdəki adamını tutdular

Rusiyanın Perm şəhərində Asif Nağıyev adlı azərbaycanlı avtoritet həbs edilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Nağıyev şəhərin Milçakov küçəsində “Range Rover” markalı avtomobili idarə edəndə saxlanılıb.

Sərxoş vəziyyətdə saxlanılan Nağıyevin üzərində heç bir sənədi olmayıb. 

Yerli KİV-in yazdığına görə, Nağıyev tanınmış azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) bu şəhərdəki nəzarətçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5440
avatar

Oxşar yazılar