Xəbər verdiyimiz kimi, İstanbul polisi yanvarın 31-də "Andrey Malıy" ləqəbli gürcüstanlı keçmiş məhkumun başçılıq etdiyi 16 nəfərlik dəstəni saxlayıb.
Dəstə üzvlərindən 3-ü Ukrayna, 8-i Azərbaycan, 4-ü Gürcüstan, biri isə Rusiya vətəndaşıdır.
Lent.az Türkiyə mətbuatına istinadən polisin dəstə ilə bağlı həyata keçirdiyi əməliyyatın görüntülərini təqdim edir.
Qeyd edək ki, saxlanılan dəstənin məqsədi İstanbulda yaşayan digər bir dəstə lideri Lotu Quli ləqəbli azərbaycanlı Nadir Səlifov və adamlarına hücum etmək olub.
Türkiyədə bir çox cinayət hadisələrinə qarışdığı məlum olan dəstə üzvlərindən 12 silah götürülüb.
Türkiyə polisi dəstə ilə bağlı araşdırmalar aparır.