Lənkəranda ehtiyatsızlıq ölümlə nəticələnib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Şilavar kəndində qeydə alınıb.
Xeyrulla Qüdrət oğlu Əsədullayev övladının evində təmir işləri apararkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vurub. Yaxınları X.Əsədullayevi Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, onun vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.