Kürdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi
31 yanvar 2020 19:18 (UTC +04:00)

Kürdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

0

Mingəçevirdə Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. 

APA_nın Mingəçevir bürosunun məlumatına görə, bu gün axşam saatlarında Kür çayının Mingəçevirdən keçən hissəsində orta yaşlı qadın naməlum səbəbdən çaya düşüb. Onun boğulduğunu görən 16-17 yaşlarında oğlan qadını xilas etmək üçün özünü çaya atıb. Ancaq bu zaman həm qadın, həm də yeniyetmə batmaq təhlükəsi ilə üzləşib. 

Hadisənin şahidi olan 27 yaşlı Rüstəm Ellazov idarə etdiyi motorlu qayığı ilə onların köməyinə çataraq, hər ikisini xilas edib. 

Hər iki şəxs sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1395

Oxşar yazılar