Koronavirus xəstəsi barəsində cinayət işi açıldı - SƏBƏB
26 noyabr 2020 07:12 (UTC +04:00)

Koronavirus xəstəsi barəsində cinayət işi açıldı - SƏBƏB

0

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan “COVİD 19”-a yoluxan şəhər sakini, 1995-ci il təvəllüdlü İbrahimov Pirhüseyn Elbrus oğlu saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə P.İbrahimov yaşadığı Həmidov küçəsi 1, mənzil 8 ünvana qaytarılıb. 

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1732

Oxşar yazılar