Abşeronda mənzildən meyit tapılıb.
Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Abşeron rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan şəxsiyyəti bilinməyən 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.