Kəlbəcər sakini atalığını bıçaqladı
14 iyun 2020 22:45 (UTC +04:00)

Kəlbəcər sakini atalığını bıçaqladı

0

Goranboyda gənc atalığına bıçaqla xəsarət yetirib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 

1998-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Hikmət Kərimov yaşadığı evin qarşısında atalığı Məqsəd Əliyevə mübahisə zəminində iki bıçaq zərbəsi vurub.

Boyun nayihəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Hikmət Kərimov saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib. H.Kərimovun psixoloji problemləri olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3170

Oxşar yazılar