Keçmiş məhkum oğurluğa görə tutuldu
21 may 2020 11:41 (UTC +04:00)

Keçmiş məhkum oğurluğa görə tutuldu

Bakıda kompüter salonundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 19-da rayon ərazisindəki kompüter salonlarının birindən 3 ədəd oyun aparatı oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zəngilan rayon sakinləri E.Cəfərov və əvvəllər məhkum olunmuş R.Allahquliyev saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə ilə onların mayın 17-də daha 1 kompüter salonundan 650 manat dəyərində oyun aparatları və diskləri oğurlamaları da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423
avatar

Mehman Nəbiyev

Oxşar yazılar