İyunun 27-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən 800 manat pul oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıb.