Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexləri aşkarlanıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.
Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.