Siyəzəndə kanalda batan qızın meyiti tapılıb.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, Taxtakörpü-Ceyranbatan su kanalının rayonun Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb. M.Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.