Bakıda itkin düşən gənc qız tapılıb.
Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsi, Zeytun küçəsində yaşayan 18 yaşlı Aytac Cəlilova yanvarın 30-da yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Bu barədə onun ailə üzvləri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə məlumat verib.
Daxil olan məlumat əsasında keçirilən müvafiq araşdırmalar nəticəsində A.Cəlilova tapılaraq ailəsinə təhvil verilib.